Rusiyanın təbii sərvətlərinin ümumi dəyəri açıqlanıb
Rusiya Federasiyasının təbii sərvətlərinin ümumi dəyəri 100 trilyon dollardır.APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının təbii sərvətlərinin ümumi dəyəri 100 trilyon dollardır ki, bu da ABŞ-nin təbii sərvətlərinin ümumi dəyərindən demək olar ki, iki dəfə çoxdur.
BƏƏ-də keçirilən Verona Avrasiya İqtisadi Forumunda çıxış edən Seçin bildirib ki, Rusiyanın enerji bazarından sıxışdırılması qaçılmaz olaraq dünya iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq.
Rosneft rəhbəri məhz Rusiya və tərəfdaşlarının son 10 ildə enerji bazarının sabitləşməsinə ən böyük töhfə verdiyini, çox vaxt öz maraqlarını qurban verdiyini söyləyib.
Qeyd edib ki, ABŞ elm, sənaye və maliyyə sahəsində liderliyini itirib və ədalətli dünya nizamının qorunub saxlanmasını təmin edə bilməyib.
"Neft və qaz qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamağa davam edəcək. Məlumatların işlənməsi mərkəzlərindən tələbat artdıqca qlobal enerji istehlakı artacaq", deyə Seçin vurğulayıb.
Oxşar xəbərlər
Putin: MDB çərçivəsində əməkdaşlıq Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir
Rusiya XİN: KXDR ilə Strateji Tərəfdaşlıq Sazişi Avrasiyada sabitləşdirici rol oynamağa hesablanıb
Rusiya nüvə silahı sınağı keçirə bilər
Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək
KƏŞ rəsmisi: Azərbaycanla iqtisadi əməkdaşlığın artırılması üçün böyük potensial var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident İlham Əliyevin doğum günüdür












