Kreml Kurskdakı hədəflərə qarşı “Storm Shadow” raketlərindən istifadə olunmasını yeni eskalasiya adlandırıb
Kreml Kursk vilayətindəki hədəflərə qarşı “Storm Shadow” raketlərindən istifadə olunmasını yeni eskalasiya adlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bloomberg” agentliyinin Kursk vilayətində hədəflərə qarşı “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı xəbərini belə şərh edib.
Onun sözlərinə görə, yeni eskalasiya baş verir.
“Bu, ABŞ-də hakimiyyətdən gedən administrasiyanın tutduğu çox məsuliyyətsiz mövqedir", - Peskov Rusiya ərazisindəki hədəflərdə ATACMS raketlərinin istifadəsi haqqında təsdiqlənmiş məlumatları nəzərə alaraq Kremlin hadisələrin bu cür inkişafını necə qiymətləndirdiyi ilə bağlı sualını cavablandırarkən deyib.
Kremlin sözçüsü "Rusiyanın Britaniyanın “Storm Shadow” raketlərinin ona qarşı istifadə edildiyi barədə sübutu varmı?” sualına cavab verməyib.
Oxşar xəbərlər
KİV: ABŞ Rusiya ərazisində “Storm Shadow”dan istifadəyə icazə verməyə bilər
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər
“Telegraph”: Ukrayna ordusuna Kurska “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağan edilib
Fransa və Böyük Britaniya da Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verib
Kreml İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













