Lukaşenko: NATO Belarusa hücum edən an nüvə silahından istifadə edəcəyik
sizinxeber.az xəbər saytı

Lukaşenko: NATO Belarusa hücum edən an nüvə silahından istifadə edəcəyik


Prezident Aleksandr Lukaşenko Belarus və Rusiyanı müdafiə etmək üçün hansı halda nüvə silahından istifadə oluna biləcəyini açıqlayıb.

Sizinxeber.az “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko tələbələrlə görüşü zamanı bir müddət əvvəl Belarusa hücumun Üçüncü Dünya müharibəsinə səbəb olacağı barədə açıqlamasını xatırladıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına dəyişiklik etməklə təsdiqləyib ki, Rusiya və Belarusa hücum halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.

Belarus lideri qeyd edib ki, NATO Belarusa hücum edən anda onlar nüvə silahından istifadə edəcəklər:

“Biz nüvə silahından istifadə edəcəyik - bizə cavab verə bilərlər. Rusiya da daxil olmaqla. Buna görə Rusiya bütün arsenaldan istifadə edəcək. Bu artıq dünya müharibəsidir. Qərb də bunu istəmir. Buna hazır deyillər. Ancaq biz onlara açıq deyirik: dövlət sərhədi - qırmızı xətdir. Buna hücumun cavabı dərhal olacaq. Biz buna hazırlaşırıq. Bu barədə dürüst və açıq danışıram”.

Oxşar xəbərlər

Putin: Rusiya və Belarusa qarşı təcavüz halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır
Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq
Lukaşenko Belarusun istənilən təhlükənin qarşısını almağa tam hazır olduğunu bildirib
Lukaşenko: Belarus HHQ ötən gecə Ukraynanın hava hədəflərini məhv edib
Quterreş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər