Kremldən xəbərdarlıq: Peycerlərin kütləvi partlayışına görə Yaxın Şərqdəki vəziyyət nəzarətdən çıxa bilər
sizinxeber.az xəbər saytı

Kremldən xəbərdarlıq: Peycerlərin kütləvi partlayışına görə Yaxın Şərqdəki vəziyyət nəzarətdən çıxa bilər


Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov sentyabrın 17-də Livanda peycerlərin kütləvi partlayışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Livanda peycerlərin kütləvi partlayışları regionda gərginliyin artmasına gətirib çıxarır. "Bu regionda vəziyyətin nəzarətdən çıxması üçün tətikçi ola bilər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, rusiyalı ekspertlər ölkədə belə bir halın baş verməməsi üçün Livanda peycerlərin kütləvi şəkildə partlamasının səbəblərini öyrənəcəklər: "Biz ilk növbədə bu vəziyyətlə məşğul olmalıyıq. Bu hadisənin tam şəkildə araşdırılması və baş verənlərin səbəblərini müəyyənləşdirmək lazımdır. Əlbəttə ki, burada və digər yerlərdə oxşar risklərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır".

Oxşar xəbərlər

Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kremldə "Telegram"dan xidməti məqsədlər üçün istifadə edilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kremldə Teleqramdan xidməti məqsədlər üçün istifadə edilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Ukraynanın qaz tranziti müqaviləsini uzatmaqdan imtina etməsinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər