Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək
sizinxeber.az xəbər saytı

Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək


Belarus Prezidenti Aleksandr Lukaşenko öz fərmanı ilə daxili işlər orqanlarında xidmət haqqında əsasnaməyə dəyişiklik və əlavələr edib.

Sizinxeber.az xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına görə xarici vətəndaşlığı olan belaruslar daxili işlər orqanlarında işləyə bilməyəcəklər.

“Xüsusilə vətəndaşın daxili işlər orqanlarına xidmətə qəbulundan imtina edilməsi və bu xidmətə xitam verilməsi üçün yeni əsaslar tətbiq ediləcək ki, bu əsaslardan da biri xarici dövlətin vətəndaşlığının alınmasıdır”, - deyə məlumatda bildirilir.

Xidmətdə olmanın yaş həddinin 45-dən 48-ə dəyişdirilməsi ilə əlaqədar işə qəbul üçün yaş həddi də 25-dən 28-ə qaldırılır.

Oxşar xəbərlər

Polis Akademiyasına 500 nəfər kursant qəbul edilib
TDT daxili işlər nazirlərinin görüşü keçirilib
Narkotik istifadə etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
SHXÇDX əməkdaşlarına tibbi xidmət DSX tərəfindən göstəriləcək
Üç prokurorluq işçisi təqaüdə göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər