Rusiya vətəndaşlığını yeni qəbul edən şəxslər üçün silah alınması məhdudlaşdırılır
Rusiya vətəndaşlığını yeni qəbul edən şəxslər üçün silah alınması məhdudlaşdırılacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, “Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyasının bir qrup deputatı Rusiya vətəndaşlığını yeni almış şəxslər üçün silah alışına müvəqqəti məhdudiyyətlər tətbiq etməyi təklif edən qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Sənəd Dumanın məlumat bazasında yerləşdirilib.
Qanunun müəllifləri qeyd ediblər ki, hazırda əcnəbilər Rusiya vətəndaşlığını aldıqdan dərhal sonra odlu silah əldə etmək üçün müvafiq icazəni və silahı alırlar. Eyni zamanda, çox vaxt bu şəxslər yaşadıqları və ya olduğu yer üzrə hərbi qeydiyyata düşmürlər.
Deputatlar tərəfindən “Silah haqqında” qanuna zəruri dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, 10 ildən az müddətdə Rusiya vətəndaşlığı olan şəxslərin mülki odlu silahlar, ov silahları və özünümüdafiə odlu silahları əldə etməsinə qadağa qoyulması təklif edilir.
Oxşar xəbərlər
Rusiyada hərbi qeydiyyatdan imtina edən əcnəbilərin vətəndaşlığına xitam verilə bilər
Rusiyada hərbi xidmətə qeydiyyatdan imtinaya görə alınan vətəndaşlığa xitam verilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
