Moskvada "Qələbə Günü Paradı" hərbi texnika və kadetlər olmadan keçiriləcək
sizinxeber.az xəbər saytı

Moskvada "Qələbə Günü Paradı" hərbi texnika və kadetlər olmadan keçiriləcək


Mayın 9-da Qırmızı Meydanda "Qələbə Günü Paradı" məhdud formatda keçiriləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, mövcud əməliyyat vəziyyəti ilə əlaqədar olaraq, hərbi texnikanın və kursantların, Suvorov və Naximov kadetlərinin iştirakı proqramdan çıxarılıb.

Paradın piyada keçidinin əsas hissəsi ali hərbi akademiyaların zabit və kursantlarından ibarət olacaq.

Parad zamanı Xüsusi Hərbi Əməliyyat zonasında olan və döyüş növbətçiliyi aparan hərbi qulluqçular fəaliyyəti nümayiş olunacaq.

Parad aviasiya qruplarının və Su-25 hücum təyyarələrinin uçuşu ilə başa çatacaq.

Oxşar xəbərlər

Sevastopolda təhlükəsizlik səbəbindən Qələbə paradı keçirilməyəcək
Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib
Kreml Qələbə Paradında iştirak edəcək xarici qonaqların siyahısını açıqlayacaq
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər