Rusiyanın MN Ukrayna üçün dron istehsal edən Avropa şirkətləri haqqında məlumat yayıb
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri üçün dron istehsal edən Avropa şirkətləri haqqında məlumat yayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, məlumatda Ukraynanın Rusiyaya qarşı zərbələri üçün PUA-ların London, Münhen, Praqa və Riqada istehsal olunduğu bildirilib.
Qeyd olunub ki, Ukraynanın Rusiyaya hücum etmək üçün istifadə etdiyi PUA-ların komponentləri Madriddəki bir müəssisədə istehsal olunur.
“Venesiyadakı bir müəssisə də daxil olmaqla, İtaliyanın dörd müəssisəsi Ukrayna üçün PUA komponentləri istehsal edir. Rusiyaya qarşı zərbələr üçün dron istehsal edən Ukrayna şirkətlərinin filialları səkkiz Avropa ölkəsində yerləşir. Ukrayna Silahlı Qüvvələrinin dronları üçün komponentlər Almaniya, Türkiyə, İsrail, İspaniya, İtaliya və Çexiyadakı müəssisələrdə istehsal olunur", - Rusiya MN-nin məlumatında bildirilib.
Oxşar xəbərlər
Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib
KİV: Fransanın "Renault" şirkəti Ukraynada dron istehsal edən zavod açacaq
Tatarıstan üzərində Ukrayna PUA-sı vurulub
Ukrayna Rusiyanın raket üçün helium qazı istehsal edən yeganə zavodunu vurub
Rusiya Ukrayna hərbi aerodromlarına və dron anbarlarına zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
