Ermənistan müdafiə nazirinin oğlu qətldə günahlandırılan müşaviri istefa verib - YENİLƏNİB
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib.
APA xəbər verir ki, müdafiə nazirinin müşaviri, general-mayor Artak Tonoyanın vəzifəsindən istefa verməsi barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Artak Tonoyanın oğlu Artaşes Tonoyanın qətl hadisəsində ittiham olunaraq həbs edilməsi barədə məlumat yayılmışdı.
***
10.41
Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu Artaşes Tonoyan həbs olunub.
APA Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, 24 yaşlı Mamikon D.-nin kriminal avtoritet Rustam Stepanyanın evinin yaxınlığında öldürülməsi ilə bağlı tutulub.
Məlumatda bildirilir ki, bu iş üzrə üç nəfər istintaqa cəlb olunub və onlar barədə həbs qərarı verilib. Şübhəlilərdən biri də Artaşes Tonoyandır. A. Tonoyanın müdafiə nazirinin müşaviri olan generalın oğlu olduğu bildirilir.
Mamikon D. avqustun 15-də Prosyan kəndində güllə yarası alıb, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.
Qeyd olunur ki, Mamikon D.-nin kriminal aləmlə heç bir əlaqəsi olmayıb. Onun niyə hadisə yerində olduğu və necə yaralandığı hələlik məlum deyil.
Oxşar xəbərlər
Ermənistan müdafiə nazirinin müşavirinin oğlu qətl ittihamı ilə həbs edilib
Ermənistanın müdafiə nazirinin müşavirinin oğlu həbs edilib
Ermənistanda müdafiə nazirinin müşavirinin oğlu həbs edilib
Gürcüstanın müdafiə nazirinin müavini istefa verib
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













