Ermənistanın müdafiə nazirinin müşavirinin oğlu həbs edilib
sizinxeber.az xəbər saytı

Ermənistanın müdafiə nazirinin müşavirinin oğlu həbs edilib


Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu həbs edilib.

Sizinxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın müdafiə nazirinin müşavirinin oğlu Artaşes Tonoyan həbs olunub.

O, kriminal avtoritet Rustam Stepanyanın evinin yaxınlığında öldürülən 24 yaşlı Mamikon D.-nin cinayət işi üzrə həbs edilib.

Qeyd edilib ki, bu iş üzrə üç vətəndaş istintaqa cəlb olunub və onlar barədə həbs qərarı verilib.

15 avqustda 24 yaşlı Mamikon D. Prosyan kəndində yaralanmış halda tapılıb. O, xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd olunur ki, öldürülən Mamikon D. kriminal aləmlə heç bir əlaqəsi olmayan 24 yaşlı gənc olub. Onun hadisə yerində nə üçün olduğu və necə yaralandığı hələlik məlum deyil.

Oxşar xəbərlər

Ermənistanda müdafiə nazirinin müşavirinin oğlu həbs edilib
Vətəndaşa işgəncə verən ata və oğlu həbs edilib
Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu da həbs olunub - DTX-dan əməliyyat
Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər