Ermənistan MTX Rusiya hərbçilərinin yerinə "Zvartnots"a əlavə şəxsi heyət cəlb edir
sizinxeber.az xəbər saytı

Ermənistan MTX Rusiya hərbçilərinin yerinə "Zvartnots"a əlavə şəxsi heyət cəlb edir


Avqustun 1-də Rusiya hərbçilərinin İrəvanın “Zvartnots” hava limanını tərk etməsi və Ermənistan sərhədçilərinin burada yerləşdirilməsi ilə əlaqədar əlavə şəxsi heyət cəlb edir.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, bu fakt özünü xüsusilə də pasport və yüklərin sənədləşdirilməsi zamanı göstərəcək:

“Bu məqsədlə Ermənistanın Milli Təhlükəsizlik Xidməti əlavə əməkdaşların qəbulunu zəruri sayır”.

Qeyd edək ki, Rusiya sərhədçiləri 30 sentyabr 1992-ci ildə imzalanan müqavilə əsasında Gümrü, Armavir, Artaşat və Mehri sərhəd dəstələri, eləcə də “Zvartnots” havalimanındə xidmət aparırdı.

Oxşar xəbərlər

Qriqoryan: Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır
KİV: Rusiya sərhədçiləri İrəvanın Zvartnots aeroportundan çıxarılacaq
“Zvartnots” aeroportunda sərhəd nəzarəti üçün əlavə qüvvələr yerləşdiriləcək
XI Qlobal Bakı Forumu başa çatıb
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər