Lavrov və Rubionun müzakirə etdiyi məsələlər məlum olub
sizinxeber.az xəbər saytı

Lavrov və Rubionun müzakirə etdiyi məsələlər məlum olub


Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Ukrayna nizamlanması, İran və Suriya ətrafındakı vəziyyəti müzakirə ediblər.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kuala-Lumpurda baş tutan görüş barədə məlumatında bildirilib.

Qeyd olunub ki, Lavrov və Rubio danışıqlar zamanı münaqişələrin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləyiblər.

Bundan başqa Rusiya-Amerika iqtisadi və humanitar əməkdaşlığının bərpası üzrə qarşılıqlı niyyət də təsdiqlənib.

Rubio Lavrovla söhbətinin səmimi olduğunu deyib və əlavə edib ki, ABŞ “istənilən fürsətdə” Rusiya ilə təmas saxlayacaq.

Rubio bildirib ki, o, Lavrovla Ukrayna münaqişəsinə son qoymaq üçün “yol xəritəsi”nin necə görünə biləcəyi ilə bağlı bəzi ideyaları müzakirə edib.

Oxşar xəbərlər

Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Lavrov və Rubio Ukraynada vəziyyəti müzakirə ediblər
Rusiya naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb
Rubio: ABŞ-da məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür
Sergey Lavrov Marko Rubio ilə telefonla danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər