Bu gün Aİ-də Gürcüstanla bağlı müzakirələr aparılacaq
Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının iclasında Gürcüstanla bağlı müzakirələr aparılacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris Şuraya Gürcüstanla bağlı 6 maddəlik təşəbbüs təqdim edəcəyini bildirib.
Nazir qeyd edib ki, müzakirə ediləcək məsələlər arasında Gürcüstanla vizasız rejimin yenidən nəzərdən keçirilməsi və vətəndaş cəmiyyətinə əlavə dəstək məsələləri var.
“Bugünkü gündəlikdə Gürcüstan və Litvanın Gürcüstanla bağlı təşəbbüsüdür. Biz humanitar vəziyyətin pisləşdiyi Gürcüstanla necə davam edəcəyimizə dair 6 maddəlik təşəbbüs irəli sürəcəyik. İndi bunu etmək üçün doğru zamandır. Mən bunu müzakirə edəcəyəm. Biz artıq öz təkliflərimizi çatdırmışıq və mən bunları əvvəlcə öz həmkarlarımla müzakirə edəcəyəm”, - litvalı nazir qeyd edib.
Oxşar xəbərlər
Aİ-nin XİN başçıları Gürcüstanla vizasız gediş-gəlişin ləğv edilməsini müzakirə edəcəklər
Aİ xarici işlər nazirləri Gürcüstanla bağlı müzakirə aparacaq
Niderland Aİ-ni Gürcüstanla vizasız səyahət rejimini dayandırmağa çağırıb
Aİ-nin XİN başçıları Gürcüstanı müzakirə edəcək
Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













