Böyük Millət Məclisinin dəhlizində etiraz: "Bu millət səni bağışlamayacaq" - VİDEO
Sahibsiz itlərlə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) iştişaş yaradıb. Parlamentin dəhlizində etiraz aksiyası keçirilib.
BAKU.WS HABERLER.COM-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı, Meşə və Kənd İşləri Komissiyasında “Sahibsiz heyvanlarla bağlı” qanun təklifi, o cümlədən itlərin yatızdırılmasını da nəzərdə tutan müzakirələr zamanı bir qrup şəxs parlamentin dəhlizlərində etiraz aksiyası keçirib. Qrupun “Bu millət səni bağışlamayacaq” kimi şüarlar səsləndirdiyi eşidilib.
14 saat davam edən müzakirələrdən sonra “Heyvanların Mühafizəsi Qanununa Dəyişiklik edilməsi haqqında” qanun layihəsinin sahibsiz heyvanlarla bağlı daha 4 maddəsi qəbul edilib.
Təklifin qəbul olunmuş maddələrinə əsasən, heyvan baxım evlərinə aparılan reabilitasiya olunmuş itlər sahiblənənə qədər bu yerlərə veriləcək.
Heyvanlara ağrı və əzab verən və ya sağalmayan xəstəliklər olduqda, qarşısının alınması məqsədilə və ya kəskin yoluxucu heyvan xəstəliyinin aradan qaldırılması və ya insan sağlamlığı üçün təhlükə yaradan hallarda, davranışı insanların və heyvanların həyatı və sağlamlığı üçün təhlükə yaradan və mənfi davranışı nəzarət altına alına bilməyən hallarda evtanaziya proseduru həyata keçiriləcək baytar və ya baytar nəzarəti altında tətbiq ediləcək.
Oxşar xəbərlər
Böyük Millət Məclisinin dəhlizində etiraz: "Bu millət səni bağışlamayacaq"
Azərbaycandakı Türkiyə hərbçiləri ilə bağlı qərar
Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır
TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”
Gürcüstanda QHT nümayəndələri parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












