Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır
sizinxeber.az xəbər saytı

Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır


Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılır.

Bu barədə “Report”a Ankaradakı diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ərzində məsələ ilə bağlı qanun layihəsini parlamentə göndərəcək.

Layihə daha sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Qanunverici orqan türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq versə, qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

Oxşar xəbərlər

Azərbaycandakı Türkiyə hərbçiləri ilə bağlı qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan İlham Əliyevlə danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astanada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Əgər İrəvan məsələyə razılıq verməsə, yol İrandan keçəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər