Tarkanla bağlı açıqlaması təəccübləndirdi: "Sevgilimə "öl" deyə bilmərəm" - FOTO/VİDEO
Müğənni Nazan Öncel 31 il əvvəlki məşhur "Beni Hatırla" mahnısını ilə bağlı təəccübləndirən açıqlama verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi açıqlaması zamanı meqastar Tarkanın bu ifanı çox bəyəndiyini, lakin oxumaq istəmədiyini vurğulayıb.
Öncelin Tarkanla bağlı bu sözləri hər kəsi təəccübləndirib:
"Mən bu mahnıyı oxuyarkən, o başqa mahnı yazdırdı. "Beni Hatırla"nı çox bəyəndi və oxumaq istədi. Çox da gözəl ifa etdi. Mən də "Al bu mahnını sən oxu" dedim. O isə mənə cavabında "Əziz Nazan, sənin mahnını oxumaq mənim üçün qürurdur amma mən sevgilimə "Öl" deyə bilmərəm" sözlərini söylədi.

Xatırladaq ki, Nazan Öncel "Beni Hatırla"nı 1992-ci ildə hamamda duş alarkən yazıb.
İfaçı bu barədə müsahibələrində "Hamama girməzdən əvvəl "Beni Hatırla" adlı bir mahnı yox idi. 10 dəqiqə sonra isə bir mahnı yarandı. Bu həyatda hər bir ifanın yaranma tarixi var" deyə bildirib.
Oxşar xəbərlər
Ermənilər daha bir mahnımızı oğurladılar: Araşdırma başlandı - VİDEO
Aygün Səidəni belə təbrik etdi - FOTO
Yalından "Zalim" ETİRAFI: "Sürücü dedi ki, bu qızın mahnısını çox sevirəm" - FOTO
“Azərbaycanın Xalq artisti kimi gəlmişəm” - SƏNƏT
Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası - Video
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













