953 il əvvəl baş verən Malazgird döyüşünə aid tapıntılar aşkarlandı - FOTO
sizinxeber.az xəbər saytı

953 il əvvəl baş verən Malazgird döyüşünə aid tapıntılar aşkarlandı - FOTO




Türkiyədə aparılan arxeoloji qazıntılarda 953 il əvvəl baş verən Malazgird döyüşünə aid nadir tapıntılara rast gəlinib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, 12 universitetdən 40-a yaxın akademikin iştirakı ilə 2020-ci ildə başlanan layihənin məqsədi bölgənin tarixi əhəmiyyətini yenidən kəşf etməkdir.

Xüsusilə də Malazgirt döyüşündəki tarixi izləri daşıyan tapıntıları işıqlandırmaqdır.

Afşin qəbiristanlığı adlanan ərazidə aparılan qazıntılarda XI əsrə aid məzarlar aşkar edilib.

2024-cü ilədək 51 qəbir aşkarlansa da, bu qəbirlərin bəzilərində başqa 7 nəfərin də qalıqları olduğu ortaya çıxıb. 

Qəbirlərdə aparılan arxeoloji işlərdə Bizans sikkələri, ox ucları və metal əşyalar tapılıb.

Tapıntılar bu ərazinin 953 il əvvəl döyüş nöqtəsi olduğunu sübut edir.

2023-cü ildə Ahlet Muzeyi Müdirliyinə təhvil verilən 4-cü Romanos Diogenes basma möhürü və qızıl sikkələrdən sonra 2024-cü ildə də eyni imperatora aid bürünc sikkələr, ox uçları tapılıb.

Bu tapıntılar Günbeli kəndinin müharibə zamanı mühüm döyüş meydanı olduğunu göstərir.

Malazgird Vadisində aparılan səth tədqiqatları müharibənin keçdiyi bütün əraziləri əhatə etmək məqsədi daşıyır. Tarixi izləməkdə davam edən bu layihə, Malazgirt Döyüşünün tarixi həqiqətlərini üzə çıxararaq bölgənin zəngin tarixinə işıq salır. 

BAKU.WS

Oxşar xəbərlər

Çində yaşı 90 milyon ilə qədər olan dinozavr qalıqları aşkar edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Diri Baba" türbəsinin abadlaşdırılması ilə bağlı gələcək planlar açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə rusiyalı və ukraynalılara aid üç qanunsuz məktəb aşkar edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kristal Abşeron"dan açıqlama - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər