Qeyri-adi təbiət hadisəsi - Səmada 7 Günəş göründü - FOTOLAR
Çində Çenqdu şəhərinin səmasında optik illüziyaya görə 7 günəş görünüb.
Sizinxeber.az “World of Buzz”a istinadən xəbər verir ki, nadir təbiət hadisəsi nəticəsində Çin üzərində səmada 7 “günəş” peyda olub.
Yerli sakinlərin dediyinə görə, onlar belə mənzərəni ilk dəfə görürdülər.
Bildirilib ki, Çenqdu şəhəri üzərində səmada nadir təbiət hadisəsi əmələ gəlib - yeddi “günəş” bir anda metropolu işıqlandırıb. Onların hamısının fərqli parlaqlıqları və rəng temperaturları var idi ki, bu da ümumi mənzərəni daha da qeyri-adi edib.
Şəklin şahidləri belə bir tamaşanın təxminən bir dəqiqə davam etdiyini, bundan sonra yalnız bir Günəşin - həqiqi günəşin qaldığını söyləyib. Mütəxəssislərin fikrincə, bu optik illüziya laminat şüşədən işığın sınması və əks olunması səbəbindən yaranıb.
Oxşar xəbərlər
Bu ilin ilk Günəş tutulması olub
Günəşdə son 6 ilin ən böyük partlayışı baş verib
Çində tironozavrın yeni növü tapıldı
Günəşdən 2 güclü məşəl püskürür; ABŞ-da mobil telefonların kəsildiyi bildirilir (video)
Azərbaycanda qış fəsli başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

















