Ayətullah Xameneinin qərarı necə olacaq? - 21 illik fətva dəyişə bilər
sizinxeber.az xəbər saytı

Ayətullah Xameneinin qərarı necə olacaq? - 21 illik fətva dəyişə bilər




HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi nəticəsində Yaxın Şərqdə gərginlik pik həddə çatıb. Bütün gözlər İranın necə cavab verəcəyində olduğu zamanda, regionun taleyini dəyişəcək qərarın İranın ali lideri Ayətullah Əli Xamenei tərəfindən veriləcəyi ehtimal olunur. 

Tehrandakı sui-qəsd İranın yeni prezidenti Məsud Pezeşkianı çətin durumda buraxıb. Çünki prezident kürsüsünə oturan zaman Qərblə əlaqələrdə yumaşlamaların olacağını və münasibətlərin normallaşacağını vəd verən Pezeşkian İsrailə mümkün cavab nəticəsində reaksiyalardan ehtiyatlanır. 

Digər tərəfdən İranda əsas söz haqqının ölkənin ali lideri Aytəullah Əli Xameneidə olmasını nəzərə alsaq Tehranın verəcəyi cavabın heç də dövlət başçısının iradəsi olmayacağını göstərir. Nəzərə almaq lazımdır ki, Əli Xamneyi 2003-cü ildə nüvə silahının istehsalını, istifadəsini və saxlanmasını qadağan edən fətvasını yenidən nəzərdən keçirə bilər. Əgər bu, baş verərsə, onda Qərblə İranın münasibətlərində yumşalma birdəfəlik dayana bilər. İranın nüvə silahı ilə bağlı qərarını dəyişməsi, həm region, həm də digər ölkələr üçün ciddi təhlükə hesab olunur. 

Tehranın İsrailə cavab verəcəyi ilə bağlı İranın dövlət rəsmiləri, o cümlədən ölkənin BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani də açıqlama verib. Lakin İsrailə mümkün cavabın forması, zamanı və miqyası ilə bağlı müəmma davam edir. Ekspertlərin fikrincə, İran dövləti İraq, Suriya, Livan və Yəməndəki proksi qüvvələrinin iştirakı ilə İsrailə cavab verə bilər. Bu hücumların genişqiyası olmasını nəzərə alaraq İsrailə ən yaxın müttəfiqi ABŞ və digər ölkələrin yardım edəcəyi də məlumdur.

Sizinxeber.az

Oxşar xəbərlər

Xamənei: Haniyənin qisasını almaq İranın borcudur [xfgiven_updateblue][/xfgiven_updateblue]
NYT: Xamenei İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda üçgünlük matəm elan edilib - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS lideri İsmayıl Həniyyə Tehranda öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər