Rusiyanın 9 regionuna XƏBƏRDARLIQ edildi
Avqustun 25-dək Rusiyanın 9 regionunda anomal yüksək temperatur gözlənilir.
Sizinxeber.az xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand qarşıdan gələn istilərlə bağlı xəbərdarlıq edib.
“Çərşənbə günündən bazar gününə kimi Mərkəzi Federal Dairəsinin rayonlarında: Oryol, Bryansk, Lipetsk, Tambov, Kursk, Belqorod, Voronejdə temperaturun normadan 6-9 dərəcə yüksək olacağı gözlənilir”, - sinoptik bildirib.
Bu rayonlarda havanın temperaturu 30-35 dərəcəyədək yüksələcək.
Bildirilib ki, Moskvada isti avqustun sonunda 30 dərəcəyə çata bilər
Murmansk vilayətində də anomal yüksək temperatur gözlənilir - orada hava selsi üzrə müsbət 21-24 dərəcə isti olacaq ki, bu da iqlim normasından 5-7 dərəcə yüksəkdir. İstilik Yakutiyaya da gələcək - orada müsbət 24-28 dərəcə isti gözlənilir (normaldan 5-8 dərəcə yuxarı).
Oxşar xəbərlər
May ayında bəzi yerlərdə havanın temperaturu iqlim normasından yüksək olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avqustda yağıntının miqdarı bəzi ərazilərdə normadan çox ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avqust ayının hava proqnozu açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah 36 dərəcə isti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













