"Microsoft" 30 ildən artıqdır gözlənilən funksiyanı "Windows"a əlavə etdi
"Microsoft" korporasiyası "Windows 11"-in sonuncu versiyasında "FAT32" bölməsi üçün olan ölçü məhdudiyyətini 32 GB-dan 2 TB-a qədər artırıb.
Bu dəyişiklik istifadəçilərə standart format komandasından istifadə edərək əlavə proqram təminatı olmadan disk bölmələrini formatlamağa imkan verəcək.
Məhdudiyyət "Windows"un ilk versiyalarından başlayaraq 30 ildən çox davam edirdi. Buna qədər 32 GB-lıq süni məhdudiyyətə baxmayaraq, "Windows" sistemləri digər əməliyyat sistemlərində və ya alternativ metodlarla yaradılan daha böyük "FAT32" bölmələrini oxumağa imkan verirdi. İndi isə "Windows 11" istifadəçiləri əlavə alətlərə ehtiyac olmadan 2 TB-a qədər "FAT32" bölmələri yarada biləcəklər.
Bundan əlavə "Canary" kanalında çıxan cari versiyada "Windows Sandbox Client"in yenilənmiş test versiyası da təqdim olunub. Bu versiyaya yeni funksiyalar, qovluqlara ümumi giriş və komanda xəttinin dəstəyi kimi xüsusiyyətlər əlavə edilib.
Oxşar xəbərlər
Windows 11 istifadəçilərini itirməkdə davam edir: Bəs niyə? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Windows 11-in Start menyusunda istifadəçilərə maraqlı olacaq saytların linkləri əks olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Microsoft”dakı nasazlıq “Windows”la işləyən 8,5 milyon cihaza təsir edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Microsoft Windows 12-nin veb versiyası üzərində çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Microsoft" qlobal nasazlığı həll etmək üçün bərpa aləti hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












