Hindistan Çini heçə saydı, Qlobal Cənub sammitinə dəvət etmədi
Hindistanın təşkil etdiyi Qlobal Cənubun Səsi virtual sammitinə Çin dəvət olunmayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar məlumat verib.
O bildirib ki, onlayn sammitdə ümumilikdə 123 ölkə iştirak edib.
"21 dövlət başçısı, 118 nazir və 34 xarici işlər naziri, o cümlədən beş çoxtərəfli inkişaf bankı iştirak edib" , - Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
O, əsas mövzunun "dayanıqlı gələcək üçün qlobal Cənubun gücləndirilməsi" olduğunu əlavə edib.
Xatırladaq ki, Hindistan avqustun 17-də Qlobal Cənubun Səsi üçüncü onlayn sammitinə ev sahibliyi edib. Tədbiri Baş nazir Narendra Modi açıb və iştirakçıları sentyabrın 22-23-də Nyu-Yorkda keçiriləcək BMT-nin Gələcək Sammitində vahid cəbhədən çıxış etməyə çağırıb.
Qeyd edək ki, Qlobal Cənub ölkələrinə şərti olaraq Afrika, Latın Amerikası, Karib hövzəsi, Sakit Okean adaları və Asiyanın inkişaf etməkdə olan ölkələri daxildir.
Oxşar xəbərlər
Venesuelanın XİN başçısı: Qlobal Cənub ölkələri dünyanı birlikdə qoruya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ermənistanı COP29-a dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Hindistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon: Hindistan çoxqütblü dünya sisteminə can atır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Ukraynadakı müharibə ilə bağlı Qlobal Cənubu təmsil edən ölkələrlə danışıqlar aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











