Türkiyənin 5 vilayətində meşə yanğınları - Minlərlə adam təxliyə edildi - VİDEO
Türkiyənin 5 vilayətdə baş verən meşə yanğınları ilə bağlı ümumilikdə 3 min 583 nəfər təhlükəsiz bölgələrə təxliyə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, ölkənin müxtəlif bölgələrində davam edən yanğınlara nəzarət etmək üçün bütün əlaqədar qurumlar tərəfindən hava və qurudan müdaxilə səyləri fasiləsiz davam etdirilir.
Məlumata görə, "İzmir, Aydın, Bolu, Muğla və Manisa vilayətlərində yanğınla mübarizə əməliyyatlarına 90 təyyarə, 4 min 717 personal və 1218 texnika cəlb olunub.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, İzmirin Karşıyaka mahalının Yamanlar Karatepe bölgəsində ötən axşam başlayan və sürətlə böyüyən yanğınla bağlı açıqlama verib. Yumaklı açıqlamasında İzmirdə meşə yanğınının səbəbinin insanların piknik üçün ocaq yandırması olduğunu deyib.
Oxşar xəbərlər
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur
Türkiyədə meşə yanğınları baş verib, yüzlərlə insan... - VİDEO
Türkiyənin İzmir vilayətində yanğın davam edir, 16 ev yanıb - VİDEO - YENİLƏNİB
Nazir: Türkiyədə meşə yanğınları keçən ilə nisbətən artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













