Məşhur türkiyəli aktyor vəfat edib - FOTO
Məşhur türkiyəli aktyor Aydemir Akbaş Tan vəfat edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yenidən xərçəngə tutulan Akbaş müalicə aldığı xəstəxanada 88 yaşında dünyasını dəyişib.
88 yaşlı aktyor dünən evində huşsuz vəziyyətdə tapılıb və təcili olaraq xəstəxanaya çatdırılıb. Dərhal reanimasiyaya alınan Aydemir Akbaş üçün yaxın dostu İbrahim Tatlısəs dua istəyib.
Xatırladaq ki, daha əvvəl kolon, qırtlaq və bağırsaq xərçəngi ilə mübarizə aparan Aydemir Akbaş yenidən xərçəngə tutulduğunu açıqlamışdı.
Kino aktyoru, rejissor, ssenarist Aydemir Akbaş Tan 1936-cı il martın 3-də İstanbulda anadan olub. O, İtaliya və Qalatasaray liseylərində təhsil aldıqdan sonra bir müddət jurnalist kimi fəaliyyət göstərib. Sonra teatrda aktyorluq etməyə başlayıb. “Keşanlı Ali Destanı”, “Direkler Arası”, “Zilli Zərife”, “Ferhat ile Şirin” kimi tamaşalarda rol alıb.
O, 40-ı komediya olmaqla 127 filmdə rol alıb, 8 filmə rejissorluq edib, 30-a yaxın teatr tamaşasında rol alıb. O, bir çox seriallarda da çəkilib. O, 33 filmin ssenarisini yazıb.
Oxşar xəbərlər
“Kurtlar Vadisi Pusu”nun məşhur aktrisası vəfat etdi - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli aktyor Genco Erkal vefat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məşhur türkiyəli aktyor vəfat etdi - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kurtlar vadisi”nin "Tataroğlu"su öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
58 yaşlı Uğur Taşdemir vəfat etdi - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
















