"Lamborghini"ni qaçırıb 16 saat sürdü, sonra sahibi ilə barışdı
Moskvada bir kişi avtomobilyuma məntəqəsindən "Lamborghini" lüks avtomobilini qaçıraraq 16 saat şəhər ətrafında sürüb və sonradan avtomobilin sahibiylə barışaraq məhkəmədən və cəzadan canını qurtarıb.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
Belə ki, adı açıqlanmayan şəxs avtomobilyuma məntəqəsində "Lamborghini"ni görüb. O, işçilərə avtomobilin ona aid olduğunu deyib, açarları götürərək maşını sürüb. 16 saat ərzində Moskva küçələrində hərəkət edib, nəhayət, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Maşının başqasına məxsus olduğu müəyyən edildikdən sonra ona qarşı cinayət işi açılıb.
Lakin məhkəmədə məlum olub ki, hadisəni törədən şəxs zərərçəkənlə barışıq sazişi imzalayıb. O, təqsirini etiraf edib və sportkarın sahibinə maddi və mənəvi ziyanı pul ödənişi yolu ilə ödəyib. Bu səbəbdən tərəflərin barışması ilə əlaqədar məhkəmə cinayət işini dayandırıb.
Oxşar xəbərlər
Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib
Moskvada Toyota Land Cruiser-i partlatmaqda şübhəli bilinən şəxs Türkiyəyə qaçıb
Bakıda “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəlib
“10 yaşlı uşağı görəndə ehtiras hissi yarandı” - Sumqayıtdakı təcavüzün TƏFƏRRÜATI
Bakıda məsciddən oğurluq: Axundun seyfindən götürdüyü pulları gecə klubunda xərclədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












