Bakıda məsciddən oğurluq: Axundun seyfindən götürdüyü pulları gecə klubunda xərclədi
Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən Kərbəlayi Abdullah məscidində oğurluq hadisəsi olub.
Qaynarinfo.az-ın məlumatına görə, hadisəni törədən 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Ziya Tacəddin oğlu (ad şərti) həbs edilib.
O, oğurluq hadisəsini törətməzdən əvvəl maddi imkanının yaxşı olmadığını bildirərək məscidin imamı (axundu) Hacı Malikdən pul istəyib. Həmin vaxt Hacı Malik seyfdən pul götürərək ona 10 manat verib. Buna görə də təqsirləndirilən şəxs seyfdə pul olduğunu bilib və oradan oğurluq etmək qərarına gəlib.
Elə bu məqsədlə Ziya 2023-cü ilin 11 sentyabr tarixində, gecə saat 00:05 radələrində məscidə oğurluğa gedib. Məsciddə heç kimin olmamasına əmin olduqdan sonra axund otağının kilidini sındıraraq içəri daxil olub. Bundan sonra axundun otağında qoyulmuş dəmir seyfin kilidini bıçaq vasitəsilə açıb və Hacı Malikə məxsus olan 17 800 Azərbaycan manatı, 525 ABŞ dolları və 700 avro - cəmi 20 000 manat pulu oğurlayıb.
Ziya oğurladığı pulların bir hissəsini gecə klubunda əyləncəyə və qızlara xərcləyib. O, bir neçə gün sonra həbs edilib. Dəyən ziyanın çox hissəsini isə qaytarmayıb.
Məhkəmənin hökmü ilə Ziya Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il altı ay azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sədərək"də Şakir Ağayevin 30 minini oğurlayan şəxs iş adamının qohumu imiş - TƏFƏRRÜAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
General oğlunun və sabiq baş infeksionistin evindən oğurluq edən “alpinistlər”dən xəbər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Goranboyda ödəmə terminalından 9161 manat oğurlayan şəxslər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












