Rumıniyada 17 xəstəni öldürən həkimlər saxlanılıb
sizinxeber.az xəbər saytı

Rumıniyada 17 xəstəni öldürən həkimlər saxlanılıb


Rumıniyada Uman prokurorları paytaxt Buxarest şəhərində Müqəddəs Pantelimon xəstəxanasının iki qadın həkimini anesteziya və reanimasiya şöbəsində şübhəli ölüm halları ilə bağlı saxlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

Onlar şöbədə vəziyyəti ağır olan xəstəni qəsdən noradrenalinin dozasını kəskin azaldaraq öldürməkdə ittiham olunublar. Eyni işdə yalan ifadə verən tibb bacısı da saxlanılıb.

Məlumatda qeyd olunub ki, martın 26-da təqsirləndirilən şəxslərdən biri şöbədə vəziyyəti ağır olan 54 yaşlı xəstənin həyatına son qoymağa cəhd edib, lakin tibb bacısının müdaxiləsi nəticəsində buna nail ola bilməyib. Ancaq aprelin 4-də iki həkim planlarını həyata keçirə biliblər.

Xəstəxana əməkdaşının prokurorlara aprelin 4-dən aprelin 7-dək olan müddətdə həkimlərin norepinefrin dozasını qəsdən azaltması nəticəsində narkoz və reanimasiya şöbəsində 17 xəstənin dünyasını dəyişdiyini bildirməsindən sonra iş üzrə istintaq başlayıb.

Həmin ay Səhiyyə Nazirliyinin ölüm faktlarını araşdırmaq üçün yaratdığı komissiya xəstəxanada heç bir peşə pozuntusu aşkar etməmişdi.

Oxşar xəbərlər

Sumqayıtda evə silahlı basqında yaralananların vəziyyəti AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qənirə Paşayeva üçün xüsusi həkim gətirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həkim qızılca ilə bağlı valideynlərə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün Bakı-Sumqayıt yolundakı qəzada yaralanan 14 nəfər evə buraxılıb, 5-nin müalicəsi davam etdirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünənki avtobus qəzasında yaralanan 14 nəfərin vəziyyəti açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər