HƏMAS atəşkəs üçün İsrailə şərtlərini açıqladı
Fələstinin HƏMAS təşkilatı İsraillə Qəzza sektorunda atəşkəs razılaşması üçün vasitəçilərə öz şərtlərini çatdırıb. Şərtlərə bir sıra tanınmış fələstinli məhbusların azad edilməsi tələbi daxildir.
Bu barədə Misirin "Al-Youm as-Sabia" portalı məlumat verib.
Məlumata görə, əsasən söhbət FƏTH hərəkatının liderlərindən biri olan Mərvan Bərquti və Fələstinin Xalq Azadlıq Cəbhəsinin baş katibi Əhməd Saadatdan gedir.
Mənbə qeyd edir ki, bu məhbusların azad edilməsi tələbi HƏMAS-ın fələstinlilər arasında milli birliyi əldə etmək cəhdi kimi qiymətləndirilir.
Digər tələb isə İsrail həbsxanalarında uzun illərdir saxlanılan bütün fələstinli hərəkat liderlərinin, həmçinin 7 oktyabr 2023-cü ildən sonra həbs edilənlər başda olmaqla, bütün həbsdə olan qadın və azyaşlıların sərbəst buraxılmasıdır.
Oxşar xəbərlər
HƏMAS atəşkəs üçün İsrailə şərtlərini açıqladı:
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək
HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər
Misir Qəzzada münaqişənin həlli üçün üçmərhələli plan təklif edib
İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













