Cənubi Koreyada robot buddizmə "qəbul edildi"
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada robot buddizmə "qəbul edildi"


Seuldə yerləşən Jogye məbədində "Gabi" adlı robot buddizmə bağlılıq andı içərək diqqət çəkən hadisəyə səbəb olub.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, tədbir zamanı robot üçün xüsusi dini mərasim təşkil edilib və ona ənənəvi Buddist geyimi geyindirilib.

"Gabi" Çin şirkəti tərəfindən hazırlanmış G1 platforması əsasında yaradılıb və təxminən 1,3 metr hündürlüyə malikdir.

Məbəd rəhbərliyi robot üçün xüsusi davranış qaydaları müəyyən edib. Bu qaydalar arasında canlılara zərər verməmək, insan əmrlərinə əməl etmək, enerji qənaəti təmin etmək və həddindən artıq enerji yığmamaq kimi prinsiplər yer alır.

Rəsmilər bu təşəbbüsün süni intellekt və dini dəyərlərin birləşdirilməsi məqsədi daşıdığını bildiriblər.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və fərqli reaksiyalar doğurub.

Oxşar xəbərlər

"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
Filippində 6 bal gücündə zəlzələ olub
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər