İnstaqrama VPN-lə daxil olanları böyük təhlükə gözləyir
Türkiyədə İnstaqrama giriş bloklandığı üçün istifadəçilər VPN-dən istifadə etmək məcburiyyətində qalıblar. Ekspertlər isə bunu çıxış yolu olaraq görmürlər.
Sizinxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onların sözlərinə görə, pulsuz VPN-lərdə təhlükəsizlik zəifliyi var və parollarınız, şəxsi məlumatlarınız oğurlana ya da satıla bilər.
Bu səbəbdən VPN-dən istifadə böyük risk daşıyır:
"VPN-ə qoşulmanın ən böyük riski internet trafikinin monitorinqidir. Onlar daxil etdiyiniz saytları, parollarınızı və şəxsi məlumatlarınızı ələ keçirə bilərlər. İnternet tarixçəniz sızdırıla bilər".
İnternetdə istifadə olunan bəzi proqram təminatına quraşdırılmış VPN-lər məlumat toplayır və onları reklamla məşğul olanlara satır və qeyri-qanuni istifadə edirlər. Bu vəziyyət internet bankçılıq və e-Hökumət kimi kritik platformalara daxil olmaqda böyük risklər yaradır.
Oxşar xəbərlər
İnstaqramda ən çox vaxt keçirən ölkələr -SİYAHI/ FOTO
2024-cü ildə internetdən istifadə edə bilməyəcəyik?
Türkiyədə instaqrama girişin bağlanması Haniyənin ölümü ilə əlaqələndirilir
Türkiyədə İnstaqrama giriş bloklanıb
“Meta”dan “Instagram” və “Facebook”da reklamlardan bezənlər üçün təklif
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













