sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bu aviaşirkət avqustun 4-dək İsrail və İordaniyaya uçuşları dayandırdı
Macarıstanın "Wizz Air" aviaşirkəti Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar İsrail və İordaniyaya uçuşları avqustun 4-dək dayandırıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə aviaşirkət X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Regiondakı vəziyyətin pisləşməsi ilə əlaqədar Wizz Air avqustun 4-ü daxil olmaqla, İsrail və İordaniyaya uçuşları müvəqqəti olaraq dayandıracaq”, - mesajda qeyd edilib.
Bildirilib ki, aviaşirkətin sərnişinləri biletləri qaytararkən kompensasiya ala biləcəklər.
Wizz Air ilə yanaşı, KLM, ITA Airways və Air India kimi aviadaşıyıcılar daha əvvəl İsrailə uçuşları müvəqqəti dayandırdığını elan etmişdilər.
Sizinxeber.az
Oxşar xəbərlər
Türkiyənin bu aviaşirkəti İsrailə uçuşları dayandırdı
Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb
“Aegean Airlines” İsrailə və əks istiqamətdə bütün uçuşları ləğv edib
“Turkish Airlines” Beyruta uçuşları dayandırıb
İranın ali lideri İsrailə zərbə endirilməsi əmrini verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













