Yaponiya vətəndaşlarını müvəqqəti olaraq Rusiyaya getməkdən çəkinməyə çağırıb
sizinxeber.az xəbər saytı

Yaponiya vətəndaşlarını müvəqqəti olaraq Rusiyaya getməkdən çəkinməyə çağırıb




Yaponiya hökuməti deputat Muneo Suzukinin Moskvaya səfəri ilə əlaqədar öz vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb.

BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi mətbuat konfransında bildirib.

“Rusiyanın üçüncü təhlükə səviyyəsi olan ölkə kimi təsnif edilməsinə görə, məqsədindən asılı olmayaraq biz vətəndaşları Rusiyaya səfərdən çəkinməyə çağırırıq”, - Hayaşi deyib.

O, həmçinin bildirib ki, Yaponiya Ukraynadakı fəaliyyəti ilə əlaqədar Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək.

Yuxarı palata deputatı Muneo Suzuki iyulun 28-də Moskvaya işgüzar səfərə gəlib. O, iyulun 31-dək Rusiyada qalacaq və Rusiya Xarici İşlər Nazirliyi və Rosrıbolovstvo nümayəndələri ilə görüşəcək.

Suzuki 40 ildən çox davam edən siyasi fəaliyyətinə görə Yaponiyada yüksək nüfuza malikdir. O, Rusiya Federasiyası ilə sülh müqaviləsinin imzalanmasının və ikitərəfli münasibətlərin inkişafının tərəfdarıdır.

Aprel ayında Suzuki Tokioda keçirilən Rusiya Mədəniyyəti Festivalının açılış mərasimində iştirak edib və yeni Rusiya-Yaponiya əlaqələrinin yaradılmasına çağırıb.

BAKU.WS

Oxşar xəbərlər

Yaponiya Nazirlər Kabinetinin keçmiş baş katibi qalmaqalla bağlı dindirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
G7 dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı hələ qərar verməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin səkkiz ölkəsi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya sahillərində güclü zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər