“Reuters”: İsrail Qəzzada atəşkəs üçün yeni şərtlər irəli sürüb
sizinxeber.az xəbər saytı

“Reuters”: İsrail Qəzzada atəşkəs üçün yeni şərtlər irəli sürüb


İsrail Qəzza zolağında atəşkəs və Fələstinin radikal “HƏMAS” hərəkatı ilə girovların mübadiləsi planına dəyişiklik etməyə çalışır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Belə ki, iyulun əvvəlində Qahirədə keçirilən danışıqlarda İsrail rəsmiləri yeni şərt irəli sürüblər ki, mülki şəxslər Qəzza zolağının cənubundan şimalına keçərkən yoxlamalardan keçməlidirlər. Lakin “HƏMAS” bu şərti rədd edib.

Mənbələrin bildirdiyinə görə, İsrail həmçinin, Qəzza ilə Misir arasındakı sərhədə nəzarətin ordusuna verilməsini tələb edib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi, Ağ Ev və Misirin Xarici İşlər Nazirliyi hələlik müvafiq sorğuya cavab verməyib.

Oxşar xəbərlər

İsrail Qəzzadan müvəqqəti çıxmaq üçün şərt irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusunun itkiləri 604 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusunun Qəzzada itkiləri 102-yə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər XİN: İsrail atəşkəsə razıdır, HƏMAS da müsbət yanaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər