Bolqarıstanda pirotexnika zavodunun anbarında partlayış olub, yaralılar var
Bolqarıstanın paytaxtı Sofiya yaxınlığındakı Elin Pelin kəndi ərazsində pirotexniki vasitələr istehsal edən fabrikinin anbarında yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumat yayıb.
Belə ki, yanğın saat 18:30 (Bakı vaxtı ilə 19:30) radələrində başlayıb və hazırda ərazidə partlayışlar davam edir.
Vurğulanıb ki, azı iki nəfər ciddi yanıq xəsarətləri alıb və Sofiyanın tibb müəssisələrinə yerləşdiriliblər. Digər tərəfdən hadisə baş verən ərazidən əhalinin təxliyəsi elan edilib.
Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi Dimitar Kanqaldjiev bildirib ki, ilkin məlumatlara görə, yanğının baş verdiyi anbarda təxminən iki tona yaxın trotil ekvivalentində pirotexniki məhsullar var.
Oxşar xəbərlər
Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var
Qvineyada yanacaq anbarının partlaması nəticəsində ölənlərin sayı 23-ə çatıb
Türkiyədə zavodda başlayan yanğın söndürülüb - YENİLƏNİB
Fransada binada partlayış və yanğın olub, ölənlər var
Səbaildə dənizə yaxın açıq ərazidə yanğın başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













