ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var


ABŞ-nin Tennessi ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, bu barədə CNN ştatın yol patrul xidmətinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, hadisə zamanı təyyarədə 16-20 nəfər olub. Zərərçəkənlərin bəziləri helikopterlərlə yaxınlıqdakı tibb müəssisələrinə təxliyə edilib, digər zərərçəkənlərə isə hadisə yerində yardım göstərilib. Yaralıların dəqiq sayı açıqlanmır.

CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib.

Hadisənin təfərrüatı və zərərçəkənlərin sayı dəqiqləşdirilir. Xilasetmə xidmətləri qəza yerində işlərini davam etdirir.

Oxşar xəbərlər

Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan xəsarət alıb
Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb
Ağsuda sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
İrkutskda bombardmançı təyyarə qəzaya uğrayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər