Ağsuda sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Ağsuda sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var


Ağsuda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, mikroavtobus Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib. Yaralılardan biri - 2009-cu il təvəllüdlü, Ağsu rayon Padarqışlaq kənd sakini Səmədova Dürdanə Səməndər qızı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, 6-sı isə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Ağsuda mikroavtobus qəzaya uğrayıb, bir neçə yaralı var
Ağsuda ağır yol qəzasında 8 nəfər xəsarət alıb
Ağsuda yol qəzası olub, xəsarət alan var
Ağsuda ağır yol qəzası olub, ölən və yaralanan var
Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle