İsrail isveçli ekofəalın olduğu gəminin Qəzzaya yaxınlaşmasına icazə verməyəcək
İsrail Müdafiə Qüvvələri göyərtəsində 12 fələstinpərəst fəalın, o cümlədən isveçli ekofəal Qreta Tunberqin olduğu "Madlin" adlı gəminin Qəzza zolağı sahillərinə yaxınlaşmasına icazə verməmək qərarına gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Şərqi Aralıq dənizinə bir həftə ərzində çatması gözlənilən gəminin Qəzza zolağına yaxınlaşmasına və ya onun sahilində yan almasına icazə verilməyəcək". İsrailin müdafiə naziri İsrael Kats "yaxın vaxtlarda bu məsələ ilə bağlı əlavə qərarlar qəbul edəcək.
İsrailin “Kan” dövlət televiziya və radio korporasiyasının məlumatına görə, İsrail əvvəlcə "Madlin" gəmisinin Qəzzaya gəlməsinə icazə vermək imkanını nəzərdən keçirib.
“The Jerusalem Post”un qeyd etdiyi kimi, belə olan halda fələstinpərəst fəallar "Qəzza zolağında ilişib qalardılar" ki, bu da zolağın dəniz blokadasını poza biləcək presedent yarada bilərdi. Bununla əlaqədar İsrail hərbçiləri "Madlin"in Fələstin anklavının sahillərinə yaxınlaşmasına icazə verməmək qərarına gəliblər.
"Azadlıq flotiliyası" koalisiyasına aid olan "Madlin" gəmisi iyunun 1-də Siciliyadan yola düşüb və Qəzza zolağına uşaq qidası, uşaq bezləri, un, düyü, su filtrləri, gigiyena vasitələri və tibbi avadanlıqlardan ibarət humanitar yardım aparır.
Oxşar xəbərlər
İsrail Qəzzaya ərzağın çatdırılmasına icazə verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“The Jerusalem Post”: İsrail 11 girovun azad olunmasını tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail mayın 21-dən etibarən Qəzza zolağına 100 yük maşını buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya zərbəsi nəticəsində səkkiz nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












