Fidan: Türkiyə Rusiya və Ukraynanın danışıqların yeni raundunu keçirməsini gözləyir
sizinxeber.az xəbər saytı

Fidan: Türkiyə Rusiya və Ukraynanın danışıqların yeni raundunu keçirməsini gözləyir


Türkiyə Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçirilən görüşdəki müəyyən irəliləyişdən sonra danışıqların yeni raundunu gözləyir.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber" telekanalının efirində deyib.

"Məncə, iyunun 2-də keçirilən görüşdə danışıqların əvvəlki raundunda qəbul edilmiş qərarların icrası baxımından irəliləyiş əldə olunub. Ona görə də növbəti görüşün baş tutacağını gözləyirik", - Fidan bildirib.

Birbaşa danışıqların ikinci raundundan danışan XİN başçısı İstanbuldakı təmaslar zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərindən peşəkar yanaşma gördüyünü də qeyd edib.

"Təbii ki, peşəkarlıq var. Mən bunu görürəm. Bəzən insanlarda emosional anlar olur, əsəbi ola bilirlər, amma ümumilikdə emosiyaların səviyyəsi gözlədiyimdən xeyli aşağı olur. Çox qızğın müzakirələr, təhqirlər, ittihamlar və sair olmayıb. Artıq hər kəs bu müharibədə öz mövqeyini anlayır. Tərəflər irəliləməyə çalışırlar. Bu, yaxşı danışıqlar idi", - nazir vurğulayıb.

Oxşar xəbərlər

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir
Hakan Fidan: İstanbulda Ukraynayla bağlı danışıqların formatı hələ müəyyən edilməyib
Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib
Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
Hakan Fidan: Rusiya və Ukrayna qərarların həyata keçirilməsi üçün çox vacib addımlar atıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər