Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci mərhələsinin konstruktiv şəraitdə keçdiyini bildirib.
“Report” xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki paylaşımında yaxın günlərdə tərəflərin mübadilə etdikləri memorandumlar üzrə texniki səviyyədə işə başlayacağına ümid etdiyini qeyd edib.
"Biz Rusiya və Ukrayna arasında konstruktiv şəraitdə keçmiş danışıqların ikinci raunduna ev sahibliyi etdik və tərəflər birinci görüş zamanı əldə olunan razılaşmaları birləşdirdilər. Humanitar mübadilə yeni kateqoriyalar və daha çox insanı əhatə edəcək şəkildə genişləndirilir. Tərəflər həmçinin atəşkəs və sülhə dair öz fikirlərini əks etdirən memorandumlar mübadiləsi aparıblar. Yaxın günlərdə onlar bu mətnlər üzərində texniki səviyyədə işə başlayacaqlar", – Fidan yazıb.
Nazirin sözlərinə görə, yeni İstanbul görüşü zamanı tərəflər liderlər səviyyəsində mümkün görüşə hazırlığı davam etdirmək qərarına gəliblər.
"Liderlərimizin kollektiv iradəsini rəhbər tutaraq, müharibənin verdiyi itkilərə son qoymaq üçün hər iki tərəfin nümayiş etdirdiyi nəticəyönümlü yanaşma təqdirəlayiqdir", – diplomat əlavə edib.
Oxşar xəbərlər
Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
Hakan Fidan: Atəşkəs Ukraynada nizamlanma üçün mühüm əhəmiyyət kəsb edir - YENİLƏNİB
Hakan Fidan İstanbul danışıqlarının Ukrayna nizamlanmasında yeni səhifə açacağına ümid edir
Fidan: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər
Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













