İyunda Qayana BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək
BMT Təhlükəsizlik Şurasına iyun ayı üçün sədrliyi Qayana Respublikası həyata keçirəcək.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, Qayananın BMT-dəki daimi nümayəndəsi, səfir Karolin Rodrigez təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi brifinqdə cari ay üzrə iş proqramını təqdim edib.
Səfir qeyd edib ki, iyun ayında Şuranın gündəmində bir sıra vacib beynəlxalq məsələlər yer alacaq. Onlar arasında BMT-nin Əfqanıstandakı Missiyası ilə bağlı təqdimatlar və məsləhətləşmələr aparılacaq.
Bundan əlavə, TŞ ay ərzində Konqo Demokratik Respublikasına qarşı tətbiq edilən sanksiyalar və Yaxın Şərqdə davam edən münaqişələrlə bağlı məsələləri də müzakirə edəcək.
K.Rodrigez əlavə edib ki, Qayananın sədrliyi dövründə sülh və təhlükəsizlik məsələlərinin dərin müzakirəsi aparılacaq, eləcə də beynəlxalq böhranların diplomatik yollarla həllinə töhfə verilməsi əsas prioritetlərdən biri olacaq.
Oxşar xəbərlər
BMT Təhlükəsizlik Şurasına mayda Yunanıstan rəhbərlik edəcək
BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib
Sloveniya BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətindəki proqramı açıqlayıb
Fransa BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
Çin bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
