"Fox News" Tramp və Harrisi sentyabrda debata dəvət edib
Amerikanın “Fox News” televiziya şirkəti sentyabrda ABŞ-nin 45-ci prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris arasında debat təşkil etmək niyyətindədir.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
"Yarışın şərtləri dəyişdiyi üçün biz keçmiş prezident Tramp və vitse-prezident Harris arasında prezidentlik debatına ev sahibliyi etmək istərdik. Debatın sentyabrın 17-də Pensilvaniyada keçirilməsini təklif edirik", - məlumatda deyilir.
"Fox News" həmçinin görüşün dəqiq tarixi, formatı və yeri, eləcə də tamaşaçıların iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrə açıq olduğunu bildirib.
Tramp daha əvvəl Harrislə təkcə bir deyil, bir neçə raund debat keçirmək istədiyini demişdi.
Oxşar xəbərlər
Tramp: Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq
Vens: Tramp seçkilərdə demokratların istənilən namizədinə qalib gələcək
Baydenin çəkilməsindən sonra ilk sorğunun nəticələri: Harris Trampı üstələyir
Tramp: Harris seçkidə qalib gəlsə, ABŞ-ni məhv edəcək
Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













