sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ “Apache” helikopterlərini ilin sonuna qədər Polşaya çatdıracaq
Polşa ABŞ-dən alınan “Apache AH-64” hücum helikopterlərinin ilk partiyasını 2024-cü ilin sonuna qədər alacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Polşanın Silahlanma Agentliyinin sədr müavini Robert Fromholts “Polsat” telekanalına müsahibəsində bildirib.
“Uzun danışıqlara baxmayaraq, ilk “Apache”lər 2024-cü ilin sonuna qədər Polşaya təhvil veriləcək”, - o qeyd edib.
Fromholtsun sözlərinə görə, “Boeing” və “General Electric” şirkətləri ilə son ofset sövdələşmələri, eləcə də Polşanın almaq niyyətini ifadə etdiyi 96 helikopterin hamısının tədarükü üzrə müqavilə yaxın həftələrdə imzalanacaq.
Oxşar xəbərlər
Çexiyanın Baş naziri: İlin sonuna qədər Ukraynaya 500 min mərmi tədarük ediləcək
Belçika ilin sonuna qədər Ukraynaya F-16 təyyarələri və hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırır
Estoniyanın Baş naziri: "Bu ilin sonuna kimi Avropada silah-sursat istehsalı üç dəfə artırılacaq"
ABŞ Polşaya 224 milyonluq hərbi vasitə göndərir
Prezident: “İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













