Vaşinqtonda yəhudi muzeyində atəş açan şəxs Çikaqo sakinidir - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Vaşinqtonda yəhudi muzeyində atəş açan şəxs Çikaqo sakinidir - YENİLƏNİB-2


Vaşinqtonda Paytaxt Yəhudi muzeyində atəş açan şəxs əvvəllər hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyən Çikaqodan (İllinoys ştatı) olan 30 yaşlı Elias Rodriqes olub.

"Report"un məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, o, yeganə atəş açan şəxs olub.

Qeyd olunur ki, atəşdən sonra Rodriqes muzey binasına daxil olmağa cəhd edib, lakin mühafizə xidməti onu içəri buraxmayıb.

Atəş açan şəxs artıq saxlanılıb, o, saxlanılarkən əməlini etiraf edib və tapançanı harada atdığını bildirib. O, həmçinin "bunu Qəzzə üçün etdiyini" deyib.

09:14

Kolumbiya dairəsinin Vaşinqton polisi yəhudi muzeyi yaxınlığında atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi yazıb.

Qeyd edək ki, hadisə nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub.

Şəhər polis rəisi Pamela Smitin sözlərinə görə, həlak olan diplomatlar kişi və qadın olub. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs atəş açıb. P.Smit bildirib ki, həbs zamanı saxlanılan şəxs "Azad Fələstin!" şüarı səsləndirib.

Agentliyin yazdığına görə, ABŞ-nin Baş prokuroru Pem Bondi artıq cinayət yerinə baş çəkib.

ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Vaşinqtondakı atışmanı "antisemitizmə əsaslanan" akt adlandırıb.

08:07

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb.

"Report" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl ABC telekanalı Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki nəfərin, o cümlədən İsrail səfirliyinin əməkdaşının öldüyünü bildirib.

"İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla - red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq", - Noem yazıb.

O, həmçinin cinayətkarı məsuliyyətə cəlb edəcəyinə söz verib.

İsrailin BMT-dəki səfiri Denni Danon özünün “X” sosial media səhifəsində hücumu "anti-semit terrorizmin alçaq aktı" adlandırıb.

Oxşar xəbərlər

Vaşinqtonda atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Rusiyada binanın damından ətrafa atəş açan şəxs zərərsizləşdirilib
Məxfi Xidmətin əməkdaşı Trampın yaxınlığında silahlı şəxsi güllələyib
Məxfi Xidmətin əməkdaşı Trampın yanında silahlı şəxsi güllələyib
İsrailin İstanbuldakı Baş Konsulluğunun önündə havaya atəş açan şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər