Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
noy
2025
20:40
0
0
6 871
ff aaaaaaa

Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş

14 noy, 2025
20:40
6 871

Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Qəza nəticəsində müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub.

Sizinxeber.Az "Qaynarinfo"ya istinadən bildirir ki, qəza nəticəsində ölən Adil İsmayılov Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb.

1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olan mərhum 1993-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib.

1994-2010-cu illərdə Daxili Qoşunlarda xidmət edib. Xidmət müddətində Xidmətdə fərqlənmə döş nişanı, Qüsursuz Xidmətə görə medalın I, II, III dərəcələri və Yubiley medalları ilə təltif olunub.

2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində Mühəndis-sınaqçı, daha sonra Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb.

44 günlük Vətən müharibəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə mükafatlandırılıb.

Ailəlidir, 3 övladı var.

Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul