İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
Əli və İslam Əhmədov qardaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar.
Mingəçevirdən olan qardaşlar Tərtər-Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfəri zamanı şəhid qardaşların anası Sevinc Əhmədova ilə görüşüb.
"O, Mingəçevirə gələndə Əli və İslamın ev muzeyini ziyarət etdi. Mən onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı. Dərdimi öz dərdi kimi qəbul etdi. Ən çox övladlarımın döyüş yollarından, harada şəhid olmalarından danışdıq", - şəhidlərin anası görüş barədə danışarkən deyib.
Qeyd edək ki, Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Əli Əhmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları, İslam Əhmədov isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Şəhid anası oğlunun son telefon zəngindən DANIŞDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid anası vəfat etdi - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə şəhid atası vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid anası: Fəxr edirəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən övladlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











