Polşa XİN Rusiyanın Poznandakı Konsulluğunun bağlanmasını şərh edib
Polşa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pavel Vronski Poznan şəhərindəki Rusiya Konsulluğunun bağlanmasını şərh edib.
Sizinxeber.az-nın “TVP Info”ya istinadən xəbərinə görə, Pavel Vronski bunu ölkəsinin Sankt-Peterburq şəhərindəki diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmasına cavab kimi dəyərləndirib.
Xatırladaq ki, bu vaxta qədər Rusiyanın baş konsulluqları Polşanın Krakov, Poznan və Qdansk şəhərlərində fəaliyyət göstərib. Dekabrın 5-də rəsmi Moskva Poşlaya Sankt-Peterburqdakı diplomatik nümayəndəliyin bağlandığı barədə nota yollayıb. Sənəddə bildirilib ki, Polşa Konsulluğu 2025-ci il, yanvarın 10-dək işini yekunlaşdırmalıdır. Hazırda Polşanın Rusiyada iki baş konsulluğu fəaliyyət göstərir. Bu ölkədə yaşayan polyakların sayı isə 47 min nəfərə yaxındır.
Oxşar xəbərlər
Zaxarova: Rusiya Poznandakı Baş Konsulluğunun bağlanması ilə bağlı düşmən addıma mütləq cavab verəcək
Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Polşa Rusiyanın ölkədəki Baş konsulluğunu bağlamaq qərarına gəlib
XİN: Rusiya baş konsulluğunun 10 əməkdaşı Polşanı tərk etməli olacaq
Yaxın günlərdə Polşa vətəndaşlarının Livandan təxliyəsi həyata keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













