ABŞ Dövlət Departamenti İranın nüvə sazişini bərpa etməyə hazır olduğunu görmür
Vaşinqton administrasiyası İranın nüvə sazişini bərpa etməyə hazır olması barədə bəyanatlarına baxmayaraq, Tehranın nüvə proqramı ilə bağlı məsələlərə yanaşmasını dəyişmədiyini iddia edir.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Biz, əlbəttə ki, yeni prezidentin bəyanatlarını gördük. Düşünürəm ki, belə qərarların ali lider tərəfindən verildiyini xatırlamaq vacibdir. Və biz İranın bu məsələlərə ümumi strateji yanaşmasının dəyişdiyinə dair nəticə çıxarmadıq”, – o vurğulayıb.
Miller qeyd edib ki, ABŞ İranın nüvə proqramı məsələsində diplomatik əməkdaşlığa sadiqdir, lakin bunun üçün hələlik ilkin şərtlər yoxdur.
“İndi biz bundan uzağıq, xüsusən də İranın MAQATE tələblərini kobud şəkildə pozaraq atdığı addımları görəndə. Ümid edirik ki, İran ilk addım olaraq, dediyim kimi, AEBA tələblərinə uyğunlaşacaq. Hal-hazırda buna məhəl qoymur”, - Dövlət Departamentinin nümayəndəsi söyləyib.
Oxşar xəbərlər
İran nüvə sazişini bərpa etməyə hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ nüvə triadasının üçdə ikisi döyüşə hazır vəziyyətdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəsmisi: İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın Azərbaycanla problemi ilə bağlı xəbərlərə ETTELAAT nazirinin reaksiyası [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












