Çinin XİN başçısı Hindistan və Pakistanı atəşkəs rejiminə riayət etməyə çağırıb
Çin Cəmmu və Kəşmir bölgəsində Hindistan və Pakistan arasında münaqişənin yenidən başlamasını qabaqlamağı zəruri hesab edir və hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə çağırır.
“Report” xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bildirib.
“Çin Pakistan və Hindistan arasında tezliklə atəşkəsin əldə olunmasını gözləyir və dəstəkləyir. Hər iki tərəf münaqişənin yenidən başlamasının qarşısını almaq üçün buna nail olduqdan dərhal sonra birlikdə ona riayət etməlidir”, – Çin xarici siyasət idarəsinin saytı ÇXR XİN başçısının sözlərini təqdim edib.
Van İ mayın 10-da pakistanlı həmkarı İshaq Dar və Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval ilə telefon danışıqları aparıb.
Darla söhbətində ÇXR XİN başçısı Pekinin Kəşmirdəki münaqişənin eskalasiyasından narahat olduğunu vurğulayıb. O, mülki əhali arasında itkilərlə bağlı başsağlığı verib, həmçinin Pakistanın suverenliyini və milli ləyaqətini dəstəklədiyini bildirib. O qeyd edib ki, bu ölkə "terrorizmə qarşı mübarizədə beynəlxalq səylər baxımından ön sıralarda yer alır və öz mühüm töhfəsini verir".
Dovalla telefon danışığı zamanı Van İ Hindistan – Pakistan münaqişəsinin kəskinləşməsinə səbəb olan terror aktını pisləyib və Pekinin terrorçuluğun hər hansı təzahürünə qarşı çıxdığını xatırladıb.
Daha əvvəl Nyu-Dehli və İslamabad Bakı vaxtı ilə saat 15:30-dan etibarən atəşkəs rejimini razılaşdırıblar.
Oxşar xəbərlər
Pakistan – Hindistan sərhədində yenidən atışma baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan və Pakistan arasında atəşkəs qüvvəyə minib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ dövlət katibi Hindistan - Pakistan gərginliyinin dərhal azaldılmasına çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












