Ərdoğanın müşaviri: PKK-nın özünü buraxması ilə bağlı heç bir sövdələşmə olmayıb
sizinxeber.az xəbər saytı

Ərdoğanın müşaviri: PKK-nın özünü buraxması ilə bağlı heç bir sövdələşmə olmayıb


Türkiyə hökuməti terrorçu PKK-nın özünü buraxması ilə bağlı heç bir sövdələşmə aparmayıb.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç bildirib.

"Biz indi PKK qurultayının çağırıldığı və yaxın zamanda onun qərarının elan ediləcəyi mərhələdəyik. Bəzi hallarda müxalifət nümayəndələri hansı güzəştlərin olduğunu və kompromisə nail olunub-olunmadığını soruşurlar. Heç bir güzəşt, heç bir bazarlıq yoxdur", - A.Kılıç bildirib.

O qeyd edib ki, indi əsas məsələ PKK-nın silahsızlaşdırılmasıdır: “Hər şeydən əvvəl PKK silahı yerə qoymalı və silahlı müqavimətdən imtina etdiyini elan etməlidir”.

Oxşar xəbərlər

Ərdoğanın müşaviri: İsveç NATO-ya üzv olmaq üçün ciddi addımlar atıb
Türkiyə və ABŞ prezidentlərinin müşavirləri regional məsələləri müzakirə ediblər
KİV: PKK bu gün özünü ləğv etdiyini elan edə bilər
AKP: PKK-nın silahı yerə qoyması dönüş nöqtəsi olacaq
Akif Çağatay Kılıç: Ən böyük gözləntimiz PKK-nın yaxın zamanda özünü buraxacağı barədə qərar verməsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər