Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və qanunçuluğun təmin olunmasına verdiyi töhfələrə görə bir qrup şəxsi dövlət mükafatları ilə təltif edib.
Sizinxeber.Az xəbər verir ki, sərəncamda mükafatlandırılan şəxslər arasında Donetsk Xüsusi Müdafiə Prokurorluğunun rəhbəri, əslən Azərbaycanın Tovuz rayonundan olan Etibar Xaqani oğlu Səmədov da yer alıb.
Səmədov uzunmüddətli vicdanlı əməyinə və yüksək peşəkarlığına görə Ukraynanın "Əmək və şücaətə görə" medalı ilə təltif olunub.
Müvafiq sərəncam Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib.